İdman
"Real"ın əfsanəsinin "ikinci baharı": Avropanın ən seksual qadın jurnalisti - FOTOLAR
"Real"ın və İspaniya millisinin əfsanəsi Fernando Yerronu xatırlayırsınız? Ön planda olmağı sevməyən veteran futbolçu bu il "Əl-Nəsr"ə idman direktoru təyin olunmaqla gündəmə gəlib.
2023-cü ildə isə ikinci dəfə evlənməyi və üçüncü dəfə ata olmağı ilə diqqətləri cəlb edib. Onu medianın gündəminə gətirən isə həyat yoldaşı Fani Stripkoviçdir.

Fani 1981-ci ilin avqustun 20-də anadan olub. Bu yaxınlarda xorvatiyalı gözəl 43-cü doğum gününü qeyd edib. O, Fernandodan 13 yaş kiçikdir.
Fani Yuqoslaviyanın Korçula şəhərində dünyaya gəlib. İndi isə həmin şəhər Xorvatiyanın inzibati ərazisindədir. Şəhər eyniadlı adada yerləşir, əhalisi üç min nəfərdən azdır.

Məktəbi bitirdikdən sonra Fani Zaqrebə köçüb və burada Zaqreb Universitetinin Siyasi Elmlər Fakültəsini Televiziya Jurnalistikası üzrə bakalavr dərəcəsi ilə bitirib. Stripkoviç hələ də bu sahədə işləyir və kifayət qədər uğur qazanıb.
Fani Xorvatiya ilə yanaşı, İspaniyada məşhur jurnalist və teleaparıcıdır. O, ölkəsinin "Nova TV" kanalında yayımlanan "Qırmızı Xalça" şousunda şöhrət qazanıb. Bu proqram üçün Stripkoviç Kriştiano Ronaldo, Kobe Bryant, Lyuis Hemilton, Rafael Nadal, Rocer Federer və digər idman ulduzlarından müsahibə götürüb.

2014-cü ildə Fani Madrid Avropa Universitetində magistr dərəcəsi alıb, bundan sonra İspaniyanın "Mediaset Sport" kanalında işləməyə başlayıb. Eyni zamanda jurnalist özünün “Fani TV” adlı media orqanını yaradıb və onun üçün məşhur idmançılarla söhbətlərini davam etdirir. Luka Modriç, İvan Rakitiç və Luiş Fiqo onun qonaqlarından yalnız bir neçəsidir.
Yeri gəlmişkən, 2014 və 2015-ci illərdə Fani Avropanın ən seksual jurnalisti kimi tanınıb.

Fernandonun Fani ilə necə tanış olduğunu təxmin etmək çətin deyil. Onların yolları televiziyada dəfələrlə kəsişib. 2023-cü ildə cütlük Yerronun Meksikanın eyniadlı futbol klubunda idman direktoru vəzifəsində çalışdığı Qvadalaxarada evlənib.
Noyabr ayında cütlüyün Nikolas Valentin adlı oğlu dünyaya gəlib. Yerro üçüncü dəfə ata olub. Onun birinci evliliyindən iki övladı var.
Heybət










-
Magazin206:46Danla dolğulara görə xəstəxanalıq oldu: bədənindən çıxanlar şok etdi - FOTO
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO












.jpg)



.jpg)

.jpg)









.jpg)







