İdman
PSJ və "Bayern" ÇL-də yeni rekordlar qırdılar
PSJ ilə “Bayern” arasında keçirilən Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu (5:4) turnir tarixində rekordlarla yadda qalıb.
Publika.az xəbər verir ki, komandalar bu qarşılaşmada ümumilikdə 9 qol vuraraq yarımfinal mərhələsi üçün yeni məhsuldarlıq rekordu müəyyənləşdirib. Bu barədə UEFA məlumat yayıb.
Bu statistika yalnız Çempionlar Liqasının yeni formatlı dövrünə aiddir və 1955–1991-ci illərdə keçirilən Avropa Çempionlar Kuboku nəzərə alınmır. Əvvəlki rekord isə 1960-cı ildə “Ayntraxt”ın səfərdə “Reyncers”i 6:3 hesabı ilə məğlub etdiyi oyuna məxsus idi.
Bu qarşılaşmanın ilk hissəsi də tarixə düşüb. Belə ki, ilk 45 dəqiqədə 5 qol vurulub və bu, Çempionlar Liqasının yarımfinalları tarixində bir ilk olub. Fasiləyə komandalar PSJ-nin 3:2 hesablı üstünlüyü ilə yollanıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 6-da keçiriləcək.
Heybət
-
MDB12:016 milyona yaxın ukraynalı xaricdə qaçqın həyatı yaşayır
-
MDB11:5318 milyonluq alma yoxa çıxdı - Biznesmenden film kimi cinayət
-
MDB11:45Medvedev: "Tehran bu müharibəni uduzmadı!"
-
Hadisə11:30Özünü prokuror kimi təqdim edən şəxs həbs edildi
-
İdman10:26Arda Gülər: "Bacarmadıq, utanırıq!"
-
İdman09:18Rusiyada güclü zəlzələ oldu
-
İdman09:09DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
-
Avropa08:10İki qatar toqquşdu: 89 nəfər yaralandı, ölən var - Yeniləndi


































