İdman
Kloppu təhqir edən hakim yenə qalmalla gündəmə gəldi: Avro-2024-də narkotik qəbul edib? - 18+ VİDEO
"Liverpul"u və sabiq baş məşqçisi Yürgen Kloppu təhqir edən hakim Devid Kut növbəti qalmaqalla üzləşib.
Publika.az "The Sun"a istinadən xəbər verir ki, onun 2024-cü il Avropa çempionatı zamanı narkotik maddə qəbul etdiyi görüntülər yayılıb. Videoda Kutun "ağ toz"u necə qəbul etdiyi əks olunub.
Görüntülərin VAR-a cavabdeh olduğu Avro-2024-ün 1/4 finalında İspaniya - Almaniya (2:1) matçının ertəsi, iyulun 6-da qeydə alındığı güman edilir. Kutun dostuna göndərdiyi videonun UEFA-nın turnir müddətində ayırdığı otel otağında çəkildiyi iddia edilir.
Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə Devidin dostları ilə söhbətində “Liverpul”un keçmiş baş məşqçisi Yurgen Kloppu təhqir etdiyi və onu təkəbbürdə ittiham etdiyi video yayılıb. Daha sonra hakim bu səs yazısının həqiqiliyini təsdiqləyib. İngiltərədə hakimliyə nəzarət edən qurum PGMOL onu istintaqa qədər işindən uzaqlaşdırıb. UEFA-nın isə yaşanan hadisəyə görə Kutu ömürlük hakimlikdən uzaqlaşdıracağı bildirilir.
Heybət
-
Region07:55Türkiyədə 6,1 bal gücündə zəlzələ: yaralı sayı artdı - YENİLƏNDİ
-
ABŞ03:19ABŞ hərbi bazasını təxliyə etdi - "Melissa" qasırğasına görə
-
Qoroskop02:00Günün ulduz falı: Maliyyə məsələlərində risklərdən uzaq olun!
-
Nida Xəbər 01:40Şərurlu İsfəndiyar Elman Nəsirovun qızına ev vermək istədiyini açıqladı - Video
-
Region00:55Ərdoğan zəlzələ ilə bağlı prosesi nəzarətə götürdü
-
Region27 Oktyabr 21:13Türkiyə ilə Böyük Britaniya "Eurofighter" qırıcıları ilə bağlı saziş imzaladı
-
ABŞ27 Oktyabr 21:00Trampın qalmaqallı FOTOsu dəyişdirildi
-
İdman27 Oktyabr 19:30Türkiyə futbolu qarışdı: Hakimlərin 65 faizi qumar oynayırmış
































.jpg)



