İdman
Musa Qurbanlı: Təhlükənin fərqindəyik
Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Qəbələdə Estoniya seçməsini qəbul edəcək.
Publika.az xəbər verir ki, yığmamızın hücumçusu Musa Qurbanlı matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Artıq 5 gündür buradayıq, hər gün məşqlərimiz olur. Bu, bizim üçün çox vacib matçdır. Taktiki və mental cəhətdən oyuna köklənirik. Layiqli oyun göstərmək və nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- D Liqasına yuvarlanmaq təhlükəsi var. Komandanın üzərində bunun təzyiqi hiss edilir?
- Əlbəttə ki, təhlükənin fərqindəyik. Oyunun nə qədər vacib olduğunu dərk edirik. Yalnız qələbəyə köklənmişik.
- Bu mövsüm qol vurmamısan. Səbəbi nədir?
- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Oynamağa təzə başlamışam. Optimal formamı bərpa etdikdən sonra qollar vurmağa başlayacam.
- Fernandu Santuş milliyə gələndən nəticələr dəyişmir, milli yenə uduzur. Dəyişən nəsə var?
- Hər məşqçinin öz fəlsəfəsi var. Fernandu Santuş böyük məşçidir. Bu, mənim onunla ilk toplanışımdır. Biz də onun fəlsəfəsinə alışmalıyıq. Bunu meydanda yüz faiz edəndən sonra nəticələr daha yaxşı olacaq.
- "Yurqorden" karyeran uğurlu alınmadı. Bunun təsiri üzərində qalıb?
- Əlbəttə ki, bunu normal qarşılayıram. Mental olaraq asan deyildi. Bilirdim ki, məndən gözləntilər böyükdür. Çalışıram ki, bunu müsbət tərəfə aparım. Hər futbolçunun karyerasında çətinliklər olur. Bu normaldır. Bunlardan dərs çıxarmalıyam. Hələ gəncəm, karyeramın başındayam. Düşünürəm ki, Avropada olmaq mənim üçün yaxşı təcrübə oldu. Çalışıram ki, gələcəkdə daha yaxşı olum.
Heybət
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman14 Noyabr 20:36Dünya çempionu prezidentliyə namizəd oldu
-
Magazin114 Noyabr 20:12Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu























.png)










