İdman
“Real Madrid” 2027-ci ilin ilk transferini indidən reallaşdırdı
“Real Madrid” gələcək mövsümün transfer çalışmalarına indidən başlayıb. Madrid klubu 2027-ci ilin yayında heyətinə qatacağı ilk futbolçu ilə bağlı razılıq əldə edib.
Publika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Bildirilib ki, “Real Madrid” İspaniyanın aşağı liqa təmsilçisi “SD Logroñes”də çıxış edən 20 yaşlı qanalı yarımmüdafiəçi Latif İssmanla anlaşıb. Bir neçə ay davam edən danışıqlardan sonra tərəflər arasında razılıq əldə olunub. Futbolçuya bir sıra klubların maraq göstərdiyi bildirilir.
İssmanın 2027-ci ilin yayında Madridə gəlməsi gözlənilir. O, ilkin mərhələdə “Real Madrid”in ikinci komandası olan “Kastilya”da çıxış edəcək. Klub rəhbərliyi gənc yarımmüdafiəçinin burada təcrübə topladıqdan sonra əsas komandaya yüksəlmək imkanını nəzərdən keçirir.
2006-cı il noyabrın 1-də anadan olan futbolçu karyerasına “SD Logroñes”in akademiyasında başlayıb. O, cari mövsüm komandası ilə çempionatda 10 oyuna çıxıb, 8 dəfə start heyətində yer alıb və ümumilikdə 619 dəqiqə meydanda olub. Yarımmüdafiəçi bu görüşlərdə bir məhsuldar ötürmə ilə yadda qalıb.
Madrid təmsilçisinin bu transferdə əsas məqsədi hələ bazar dəyəri yüksək həddə çatmamış perspektivli futbolçunu heyətinə qatmaq və uzunmüddətli inkişafına şərait yaratmaqdır.
Qeyd edək ki, “Real Madrid” hazırda İspaniya çempionatında 30 xalla ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan üç xal geri qalır.
-
Magazin200:30Türk aparıcı 11 saat qaranlıq qutuda qaldı
-
Magazin214 Noyabr 22:48Emma kameralar qarşısında yıxıldı - FOTO
-
Art14 Noyabr 22:00Qızından sabiq nazirlə bağlı paylaşım - FOTO
-
İdman14 Noyabr 21:24Sambo üzrə idman ustası başından güllələndi
-
İdman14 Noyabr 21:12Futbol matçında dava: Vitse-prezident rəqiblə əlbəyaxa oldu
-
Sosial14 Noyabr 21:00Ramiz Mehdiyevin qızının vəkili həbs edildi
-
İdman14 Noyabr 20:36Dünya çempionu prezidentliyə namizəd oldu
-
Magazin114 Noyabr 20:12Rus müğənni Bakıda azərbaycanlı iş adamı ilə ailə qurdu

























.png)








