İdman
Mahir Emreli anasının sualına belə cavab verdi: Evdə problem olacaq
“Azərbaycanlı azarkeşlər də klubumuzu dəstəkləyirlər və burada məndən yaxşı nəticə gözləyirlər”.
Publika.az xəbər verir ki, bunu Almaniyanın “Nürnberq” komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun rəsmi televiziyasına müsahibəsində deyib.
27 yaşlı hücumçu 2-ci Bundesliqa təmsilçisinin sosial şəbəkə hesablarında azərbaycanlıların çoxluq təşkil etməsinə toxunub:
“Burada pis şey görmürəm. Almaniyada ölkəmizi təmsil edirik. Buna görə atdığımız hər addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq arzum idi. Düşünürəm ki, ölkəmdəkilərin də mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni etməyə çalışıram”.
II Bundesliqa təmsilçisində 4 qola imza atan oyunçu anası Elnurə Emrelinin ona klubun sosial şəbəkə səhifəsi vasitəsi ilə ünvanladığı “beşinci qolu nə vaxt vuracaqsınız” sualını da cavablandırıb:
“Məni həmişə komandanın nəticəsi və 3 xal qazanması daha çox maraqlandırır. Hər bir hücumçu qol vurmaq istəyir. Düşünürəm ki, növbəti qolu “Elvsberq”lə matçda vura bilərəm. Bunu etməliyəm. Əks-halda evdə problem olacaq (gülür)”.
Emreli qol sevinci zamanı komanda yoldaşı Stefanos Tsimasla birlikdə Kriştiano Ronaldonun hərəkətini təkrarlamalarına da münasibət bildirib:
“Ronaldo ən böyük oyunçulardan biridir. Amma mən onun fanatı deyiləm. Stefanos isə Ronaldonun azarkeşidir”.
Heybət
-
MDB10:46Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
MDB09:53Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər edəcək
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video
-
Ekopublika.az05:45Azərbaycanda alış-veriş xərcləri - Ayda 560 manat hara gedir?





















.png)












