İdman
"Neftçi"dən ayrılan futbolçu Azərbaycanda qalacaq? - RƏSMİ AÇIQLAMA

"Bu gün bizim Lebonla hər hansı bir danışığımız yoxdur, transfer real deyil".
Bu sözləri Publika.az-a açıqlamasında "Araz-Naxçıvan"ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov klubun yarımmüdafiəçi Kilan Lebonla danışıqlar aparması ilə bağlı yayılan informasiyaları şərh edərkən deyib. Naxçıvan təmsilçisinin rəsmisi bir neçə gün öncə "Neftçi"dən ayrılan futbolçunun ünvanına xoş sözlər desə də, bu transferdə maraqlı olmadıqlarını bildirib:
"Lebon, əlbəttə ki, yaxşı oyunçudur. Hər bir komanda onu heyətində görmək istəyər. Amma bu xəbərlər həqiqəti əks etdirmir".
Kilan paytaxt klubu ilə yollarını qarşılıqlı razılaşma əsasında ayırıb. Əldə etdiyimiz məlumata görə, Sent-Martin millisinin üzvünün müqaviləsinin bitməsinə 6 ay qalsa da, o, "Neftçi"dən heç bir təzminat almadan getmək qərarına gəlib. 27 yaşlı futbolçu hətta klubdan alacaqlarından da imtina edib.
Qeyd edək ki, 2023-cü ilin yanvarında "Astana"dan transfer olunmuş Lebon "ağ-qaralar"ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.
Heybət

-
Magazin203:43
“Muhteşem Yüzyıl”ın ulduzu Kremldə çıxış edəcək
-
Nida Xəbər 01:21
AzTV-nin efirində Rusiyanın ünvanına ağır söyüşlər - VİDEO
-
MDB00:00
AİLƏ FACİƏSİ - Nənə və nəvəsi yanaraq öldü, mənzil isə külə döndü
-
Hadisə9 Fevral 23:48
Suda batan 23 yaşlı Cavidin FOTOLARI
-
Magazin19 Fevral 23:36
“Əqrəb mövsümü”nün aktrisası “Səs”ə qatıldı - VİDEO
-
Magazin29 Fevral 23:00
SSRİ xalq artisti 95 yaşında VƏFAT ETDİ - FOTO
-
Hadisə9 Fevral 22:36
Qəbələdə buzlu yol təhlükəli vəziyyət yaratdı - ANBAAN VİDEO
-
Magazin19 Fevral 21:48
Xoşqədəm Doğuşdan ayrılıb?