Dünya
Serbiyada tələbə etirazları davam edir: Əhali ümumi tətilə çağırıldı
Serbiyanın Novi Sad şəhərində qatar stansiyasının çökməsi nəticəsində 15 nəfər həyatını itirib, hadisə ilə bağlı istintaq başladılıb.
Publika.az xəbər verir ki, hadisədən sonra tələbələr məsul şəxslərin məsuliyyətə cəlb olunmadığı, korrupsiya iddialarının ört-basdır edildiyi ittihamları ilə küçələrə axışıb. Müxalifət əhalini yanvarın 24-də ümumi tətilə çağırıb.
Bu faciəli hadisədən sonra tələbələr silsilə tələblər irəli sürürlər, xüsusən də günahkarların məsuliyyətə cəlb edilməsini tələb edirlər. Ekoloji tələbləri də olan tələbələr “Jadar” layihəsinin və digərlərinin ləğvini, ətraf mühitə zərər verən fəaliyyətlərə ciddi nəzarət edilməsini tələb edirlər.
Təhsil büdcəsinin artırılması, tələbələr üçün daha çox təqaüd kvotasının verilməsi, minimum əmək haqqının artırılması, kənd təsərrüfatı məhsullarının dövlət satınalma zəmanəti ilə dəstəklənməsi, dövlətə yeni borc müqavilələrinin bağlanmaması, müharibə bölgələrinə silah ixracının dayandırılması tələbələrin dilə gətirdiyi mühüm tələblər sırasındadır.
Prezident Aleksandar Vuçiç qatar stansiyasının tikintisi ilə bağlı bəzi məxfi sənədləri ictimaiyyətlə paylaşsa da, tələbələr açıqlanan sənədlərin natamam və qeyri-kafi olduğunu iddia edirlər.
Aysel Şahmar
-
Ekologiya08:47Alimlərdən sabahla bağlı XƏBƏRDARLIQ
-
Dünya07:55İki yüksək sürətli qatar relsdən çıxdı: Çoxlu sayda ölü var - YENİLƏNDİ
-
Banklar 07:35Bu ölkədə UNO xəbərdarlığı edildi - Hazırlaşın!
-
Magazin107:15Safurə həyat yoldaşının ad gününü belə qeyd etdi - VİDEO
-
ABŞ05:45Amerikalılar süni intellektdən imtina edir
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər









.jpg)
.jpg)





.jpg)



.jpg)












