İdman
Neymar “Real”ı yox, “Barselona”nı seçdiyinə görə peşmandır?
"Əl-Hilal"ın və Braziliya millisinin hücumçusu Neymar ölkəsinin futbol əfsanəsi Romarioya müsahibə verib.
Publika.az xəbər verir ki, Neymar Romarionun "karyeranda nədənsə peşmansan?" sualına maraqlı formada cavab verib:
“Xeyr, heç nəyə görə peşman deyiləm. Karyeramda, həyatımda etdiyim hər bir səhv böyüməmə, yetkinləşməmə kömək etdi. Ona görə də heç nəyə peşman deyiləm.
Məsələn, “Real” əvəzinə “Barselona”nı seçdiyimə görə peşman deyiləm. Mən ora ürəyimlə getdim. Əlbəttə, mən Messi ilə oynamaq istəyirdim! "Barsa" mənim sevdiyim komanda idi. Mən həmişə bu komandanı izləmişəm. Ronaldinyodan bəri həmişə deyirdim ki, “orada oynamaq istəyirəm”. Belə də oldu”.
Qeyd edək ki, Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib.
Heybət
-
Hadisə17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı
-
Ekologiya16:16Şimşək çaxacaq, dolu düşəcək
-
Nida Xəbər 16:00Ərdoğan Azərbaycanı təbrik etdi
-
Magazin214:43Supermodelə nə olub? - FOTOLAR
-
Magazin113:15“Uzak şehir”də yeni aktrisa - Foto
-
Magazin112:53Xalq artistinin ailəsində ağır itki



































