İdman
Avropa Liqası: "Fənərbağça" 1/8 finala vəsiqə qazandı
UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Publika.az xəbər verir ki, Türkiyə təmsilçilərindən “Qalatasaray” doğma meydanda Niderlandın “AZ Alkmaar” klubunu qəbul edib, "Fənərbağça" isə Belçikada "Anderlext"in qonağı olub. Hər iki qarşılaşma heç-heçə ilə başa çatıb - 2:2.
Bu nəticə ilk oyunda 1:4 hesabı ilə uduzan “cim-bom”un avrokuboklarda mübarizəni dayandırmasını rəsmiləşdirib, evdə "Anderlext"i 3 cavabsız qolla məğlub etmiş “Fənərbağça”nı isə 1/8 finala daşıyıb. "Bülbüllər" bu raundda ya Yunanıstanın "Olimpiakos", ya da Şotlandiyanın "Reyncers" klubu ilə qarşılaşacaq. 1/8 finalın püşkatması bu gün keçiriləcək.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
20 fevral
21:45. "Roma" (İtaliya) - "Portu" (Portuqaliya) - 3:2
İlk oyun - 1:1
21:45. FKSB (Rumıniya) - PAOK (Yunanıstan) - 2:0
İlk oyun - 2:1
21:45. "Qalatasaray" (Türkiyə) - "AZ Alkmaar" (Niderland) - 2:2
İlk oyun - 1:4
21:45. "Budyo-Qlimt" (Norveç) - "Tvente" (Niderland) - 5:2
İlk oyun - 1:2
21 fevral
00:00. "Real Sosyedad" (İspaniya) - "Midtüllann" (Danimarka)- 5:2
İlk oyun - 2:1
00:00. "Anderlext" (Belçika) - "Fənərbağça" (Türkiyə) - 2:2
İlk oyun - 0:3
00:00. "Ayaks" (Niderland) - "Union" (Belçika) - 1:2
İlk oyun - 2:0
00:00. "Viktoriya Plzen" (Çexiya) - "Ferentsvaroş" (Macarıstan) - 3:0
İlk oyun - 0:1.
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video
-
ABŞ04:30ABŞ İranda quru əməliyyatını müzakirə edib - Son qərar nə oldu?
-
Qoroskop02:19Günün ulduz falı: daxili səsinizin sizə yol göstərməsinə icazə verin!
-
Hadisə01:40Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
-
Magazin112 İyun 23:35Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video
-
Hadisə12 İyun 21:51Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı
-
İdman12 İyun 21:3911 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
İKT12 İyun 18:40Feysbuk və İnstaqram çökdü - Yeniləndi























.jpg)









