İdman
"Real"da itki: Ən azı 3-4 həftə olmayacaq
"Real" daha bir itki ilə üzləşib.
Publika.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Dani Sebalyos İspaniya kubokunun yarımfinal mərhələsinin "Real Sosyedad"la oyununda (1:0) zədələnib. O, bu gün tibbi müayinələrdən keçəcək. Əlamətlər ciddi problemin olmadığını deməyə əsas verir.
İlkin hesablamalara görə, futbolçu ən azı 3-4 həftədən sonra meydana qayıda bilər. O, təkcə La Liqada “Betis”lə matçı buraxmayacaq. Çempionlar Liqasının 1/8 finalında "Atletiko" ilə qarşılaşmada da komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Sebalyos bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 30 oyun keçirib və 2 məhsuldar ötürmə edib.
Heybət
-
Sosial20:12Xaçmaz sakini fəryad edir: "Bir gecədə hər şey məhv oldu" - VİDEO
-
Sosial19:24"Nəqliyyat Təlim Mərkəzi"nə yeni direktor TƏYİN EDİLDİ
-
Magazin119:12“Həmin gün kasıbçılıqdan çıxdıq”
-
Hadisə18:36Göygöldə torpaq uçqunu: Əsas yolda çətinliklər yarandı - Video
-
Nida Xəbər 17:03Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür
-
Region17:02Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var
-
İdman16:45Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO
-
Ekologiya16:28Yayda Gədəbəyə dolu düşdü - VİDEO


































