İdman
Premyer Liqa klubları dövlətdən daha az yardım alacaqlar: Məbləğ müəyyənləşdi
2025/26 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək klublara dövlət tərəfindən ayrılan vəsaitin məbləği bəlli olub.
Publika.az xəbər verir ki, bu barədə AFFA-nın prezidenti Rövşən Nəcəf məlumat verib.
Assosiasiyanın rəhbəri klublar üçün ayrılan 30 milyon manatlıq vəsaitin artırılmayacağını bildirib. Bu məbləğ artıq 10 deyil, 12 komanda arasında bölüşdürüləcək:
"Vəsait yalnız federasiyadan gəlməməldiir. Çalışmalıyıq ki, futbola daha çox sponsorlar cəlb edək. Futbolun dayanıqlılığı maliyyədən asılıdır. Yalnız bir sponsor hesabına futbolu inkişaf etdirmək mümkün deyil. Bununla bağlı İcraiyyə Komitəsinin iclası olacaq. Ümumi məbləğin artırılması düşünülmür. Klub sayı artırsa, vəsait azalır. Klublar vəsaiti özləri cəlb etməyə öyrənməlidir".
Qeyd edək ki, bununla da hər kluba illik 2.5 milyon manatın veriləcəyi müəyyənləşib. Daha əvvəl bu rəqəm komanda sayına uyğun olaraq 3 milyon manat təşkil edirdi.
Heybət
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı











.jpg)





.jpg)







.jpg)











