Prezident seçilsə, bu işləri görəcək
Bizi izləyin

İdman

Prezident seçilsə, bu işləri görəcək

Prezident seçilsə, bu işləri görəcək

Yüngül çəkidə sabiq UFC çempionu, irlandiyalı Konor Makqreqor ölkə prezidenti olacağı təqdirdə nə etməyi planlaşdırdığını açıqlayıb.

Publika.az xəbər verir ki, Makqreqor bu barədə YouTube kanalında jurnalist Taker Karlsonla müsahibəsində deyib.

“Biz evsizliyi azaltmalı, mənzil tikməli, qeyri-qanuni miqrasiyanın axınını yavaşlatmalı, xərclərə nəzarət etməliyik. Ölkəmiz səhv idarə olundu, bu, hamıya aydındır. Beləliklə, dönüş olacaq, yerdəyişmə olacaq. Ölkəm üçün mübarizə aparmağa davam edəcəyəm”, – Makqreqor deyib.

Xatırladaq ki, İrlandiyada prezident seçkiləri bu ilin noyabrında keçiriləcək. Hazırda ölkə prezidenti postunu 83 yaşlı Maykl Hiqqins tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm