İdman
Qurban Qurbanov öz rekordunu yenilədi
Qurban Qurbanov baş məşqçi kimi 11-ci dəfə Azərbaycan çempionu tituluna yiyələnib.
Publika.az xəbər verir ki, bütün bu titulları “Qarabağ”ın “sükanı arxası”nda qazanan 53 yaşlı mütəxəssis özünün sahib olduğu rekordu yeniləyib. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
O, bu çempionluqları son 12 ildə qazanıb. 11-ci titul Azərbaycan Premyer Liqasının 32-ci turunda təmin olunub.
Qurbanov bunadək 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də “Qarabağ”ın çempionluğunun memarı kimi tarixə düşüb.
Ümumiyyətlə, 11 baş məşqçi Azərbaycan çempionatının qızıl medalını qazanıb. Ağasəlim Mircavadovun 5 çempionluğu var: 1993, 1999/2000, 2000/01, 2004/05, 2006/07.
Kazbek Tuayev (1993/94, 1995/96, 1996/97, 2003/04) dörd, Mehman Allahverdiyev (1994/95, 1997/98, 1998/99) və Böyükağa Hacıyev (2005/06, 2011/12, 2012/13) hərəyə üç dəfə çempionluq sevinci yaşayıb.
Əhməd Ələsgərov 1992, Valentin Xodukin 2007/08, Qyoko Hacıyevski 2008/09, Kaxaber Sxadadze 2009/10, Arif Əsədov 2010/11 və Samir Abasov 2020/21 mövsümündə yeganə çempionluğunu qeyd edib.
Heybət
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı

























.jpg)











