İdman
"Siti"nin ulduzunun yeni sevgilisi: Görün hansı millətlərlə qarışığı var - FOTOLAR
“Mançester Siti” 2024/25 mövsümünü uğursuz başa vurdu. Cəmi bir titul, o da Superkubok! Bu, klubun son illərdəki səviyyəsinə yaraşmayan nəticədir.
Publika.az xəbər verir ki, bəzi futbolçular üçün bu il fərdi baxımdan məhsuldar keçdi. Məsələn, müdafiəçi Ruben Diaş. Portuqaliyalı futbolçu özünə yeni sevgili tapdı - Maya Jama.

Maya 1994-cü il avqustun 14-də Bristol şəhərində anadan olub. Tezliklə 31 yaşı tamam olacaq və Ruben Diaşdan üç yaş böyükdür.
Mayanın maraqlı mənşəyi var. Atası Somalidəndir, anası isə Şotlandiyada doğulub, lakin onun isveç kökləri də mövcuddur. Bu arada, Jama “Bristol Rovers” və “Vest Hem Yunayted” azarkeşidir.

Maya tanınmış televiziya aparıcısı və eyni zamanda radio DJ-dir. O, media karyerasına 2012-ci ildə başlayıb. 2014-cü ildə "Copa90" kanalında yayımlanan “Maya’s FIFA World Cup Cities” proqramının siması olub və Braziliyada keçirilən dünya çempionatının şəhərləri haqqında reportajlar hazırlayıb. Turnir zamanı isə səyahət videobloqu aparıb.
Daha sonra o, bir sıra populyar Britaniya realiti-şoularında aparıcı kimi çıxış edib və Peter Krauç ilə birlikdə "BBC One" kanalında “Yayımızı xilas edək” proqramını aparıb. Mayanın “İnstagram” sosial şəbəkəsində 3,2 milyon izləyicisi var.

Maya uzun müddət reper Stormzi ilə münasibətdə olub. 2021-ci ildə isə NBA-nın “Philadelphia” klubunun basketbolçusu Ben Simmons ilə sevgi yaşayıb. Hətta onların nişanlandığı elan edilmişdi, lakin 2022-ci ilin avqustunda cütlük ayrılıb.
2025-ci ilin mart ayında isə Maya ilə Ruben Diaşın birlikdə olduqları məlum olub. Bu barədə Qari Lineker məlumat verib.











-
Rəsmi xronika17:28İlham Əliyev iki sərəncam imzaladı
-
Sosial15:47Buna görə Azərbaycan dünyada ilk iyirmi beşlikdə qərarlaşıb
-
Dünya13:42Afrika toqquşma meydanına çevriləcək – Rusiyadan QORXULU PROQNOZ
-
Dünya12:38Şahın oğlu Trampı gözləyir: İranda şok çevriliş planı
-
Magazin111:44Nurullayevlərin dəbdəbəli toyu - Aygün Kazımovaya 100 min, Nanəyə isə... - FOTO
-
Ekologiya11:20Bu ölkə od tutub yanır: Görün neçə dərəcə isti qeydə alındı
-
Nida Xəbər 10:56Dubayda toy edən Nurullayevi Piterdə niyə döymüşdülər? - FOTO
-
İdman10:32Messi qəribə xasiyyətindən danışdı: Şərab və soda içirəm ki...



































.jpg)

