İdman
Messi qəribə xasiyyətindən danışdı: Şərab və soda içirəm ki...
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi şəxsi həyatı ilə bağlı açıqlama verib.
Publika.az xəbər verir ki, 38 yaşlı ulduz futbolçu rəqsə və alkoqola münasibətindən danışıb:
“Birincisi, mən alkoqolu sevmirəm. Amma rəqs etməyə başlamaq üçün bir az sərxoş olmalıyam… İçə bildiyim vaxtlarda şərab içirəm. Əks halda, hər şey həmişəki kimidir. Şərab və soda içirəm ki, təsiri tez hiss olunsun (gülür)”.
Messi doğma şəhəri Rosarioya səfər etməyi xoşladığını da bildirib:
“Mən Rosarioya getməyi çox sevirəm. Bayramlarda ora getmək, orada olmaq xoşuma gəlir… Amma düzünü desəm, demək olar ki, evdən çıxmıram. Ya anamın, ya da qardaşımın yanına gedirəm. Yəni evdən-evə. Bu, mənə xoşdur, çünki ailəmlə, dostlarımla, yaxın insanlarla birlikdəyəm. Mənim üçün bundan gözəl heç nə yoxdur. Xüsusilə dekabr ayında. Üstəlik, insanların özünəməxsus ab-havası və enerjisi var”.
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi gündəlik həyatla bağlı baxışlarından da söhbət açıb:
“Mən kiminsə əşyalarıma toxunmasını sevmirəm. Harada nə olduğunu bilməliyəm. Bu, məndə uşaqlıqdan var. Tyaqo da mənim kimidir. Çiro da elə.
Əslində, mənim bir az qəribə tərəfim də var. Tək qalmağı çox sevirəm və bundan həzz alıram. Üç uşağın evin hər yerində qaçdığı zaman evdə yaranan qarışıqlıq bəzən məni narahat edir və belə anlarda sakitlikdə, təkbaşına vaxt keçirmək xoşuma gəlir”.
Heybət
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi






























.jpg)





