İdman
Körpüdən asılan plakat: “Atletiko”nun 4 azarkeşinə bu qədər həbs cəzası verildi
“Atletiko”nun azarkeşləri Vinisius Juniora qarşı irqçiliyə görə həbs edilib.
Publika.az xəbər verir ki, Madrid prokurorluğu 2023-cü ilin yanvarında İspaniya kubokunun 1/4 finalında derbidən əvvəl “Real Madrid”in 24 yaşlı braziliyalı cinah oyunçusu Vinisiusun kuklasını körpünün altından asan “Frente Atletico”nun ( Atletikoultras) dörd təmsilçisinin hər biri üçün 4 il həbs istəyib.
Onlar təhdid, əsas hüquqlara və ictimai azadlıqlara qarşı hərəkətlərdə ittiham olunurlar. Onlara ümumilikdə 6 min avro cərimə də kəsiləcək.
La Liqa azarkeşlərin məhkum edildiyini açıqlayıb.
Madrid Əyalət Məhkəməsi müttəhimlərdən birini nifrət cinayəti törətdiyinə görə 15 ay, hədə-qorxuya görə isə 7 ay həbs cəzasına məhkum etdi – o, aktın şəkillərini internetdə yaymışdı və bununla da onun təsirini artırmışdı. Digər üç nəfər isə nifrət cinayətlərinə görə 7 ay, hədə-qorxu ilə isə 7 ay həbs cəzasına məhkum edilib.
Bundan əlavə, birinci müttəhim 1084 avro, digər üç nəfər isə 720 avro cərimə olunub.
-
Qoroskop01:40Günün ulduz falı: Enerjinizi bu işlərə yönəldin!
-
Dünya01:20ABŞ əməliyyatdan öncə Maduroya görün nə təklif edib
-
Region00:15Əraqçi ailəsi ilə birgə İrandan qaçdı - Hansı ölkəyə?
-
Nəqliyyat9 Yanvar 22:56Bakıda bu taksi şirkəti fəaliyyətini dayandırır
-
Cənubi Qafqaz9 Yanvar 22:42Tbilisidə məşhur ticarət mərkəzi YANDI - YENİLƏNDİ
-
Region9 Yanvar 22:14Rza Pəhləvi Trampdan kömək istədi: İrana müdaxilə etməyə hazır olun!
-
Maraq dünyası9 Yanvar 22:0040 ildir izlənirdi: Dünyanın ən böyük aysberqi bir neçə günə parça-parça olacaq
-
MDB9 Yanvar 20:48Rusiya Qara dənizdə 2 gəmiyə zərbə endirdi: Ölü və yaralılar var - FOTO




































