İdman
"Sevilya" ona tapşırıldı
"Sevilya" klubunun yeni baş məşqçisi argentinalı mütəxəssis Matis Almeyda olub.
Publika.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı çalışdırıcı ilə imzalanan müqavilə 2027-ci ilin yayına kimi qüvvədə olacaq. O, bu postda cari ilin aprelindən etibarən komandaya rəhbərlik edən Xoakın Kaparrosu əvəz edib.
Almeyda məşqçilik karyerası ərzində "River Pleyt", "Banfild", Meksika "Quadalaxara"sı, MLS təmsilçisi "San Xose" və son olaraq Yunanıstanın AEK klubunu çalışdırıb. AEK-də keçirdiyi ilk mövsümdə "qızıl dubl"a imza atmış və may ayında komandadan ayrılmışdı.
Qeyd edək ki, Matis Almeyda futbolçu karyerası dövründə 1996–1997-ci illərdə "Sevilya"nın da formasını geyinib. Həmçinin "Latsio", "İnter", "Parma" və "River Plate" kimi klublarda çıxış edib. 1996–2003-cü illər ərzində Argentina millisində 40 oyun keçirib və 1 qol vurub.
Heybət
-
Sosial16:55Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Ekologiya16:42Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü axşamdan 14-ü axşamadək...
-
Rəsmi xronika15:56Su təchizatı ilə bağlı Dövlət Proqramı təsdiqləndi
-
Rəsmi xronika15:27Prezident müşavirə keçirdi - YENİLƏNDİ
-
Dünya14:24Müharibəyə də, dialoqa da hazırıq - İrandan Trampa cavab
-
Rəsmi xronika13:55Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti azaldıldı
-
ABŞ13:36İran içəridən partladılacaq: Vaşinqtonun GİZLİ PLANI
-
Magazin113:04Şəbnəm ad günündə görün nə qədər pul yığdı? - Milyonluq villa tikdirir










.webp)




.jpg)






















