İdman
Hakim döyüş zamanı yıxıldı, aləm bir-birinə dəydi - VİDEO
WBC-nin yüngül çəki dərəcəsində aralıq titul uğrunda keçirilən döyüş zamanı qeyri-adi hadisə baş verib.
Publika.az xəbər verir ki, qarşılaşmanı dayandırmağa çalışan referi sözün əsl mənasında rinqin döşəməsinə yıxılıb.
Raundlardan birində Hayder Errera Rikardo Nunesi güclü huklar seriyası ilə dəqiq yaxalayıb. Bundan sonra panamalı boksçu səndələməyə başlayıb və geri çəkilib. Kubalı Errera rəqibini nokautla məğlub etmək üçün irəli atılıb və bu, referinin təcili müdaxiləsini zəruri edib.
Hakim Daniyel Van de Vile döyüşü dayandırmaq üçün Erreranı arxadan saxlayaraq kənarlaşdırmağa çalışıb. Lakin bu müdaxilə uğursuz alınıb. referi boksçu tutan zaman rinqin üzərinə yıxılıb.
Rəsmi şəxs ayağa qalxmağa çalışdığı vaxt Errera artıq qələbəni bayram edir, döyüşün bitdiyini düşünürdü. Nunes isə kanatların yanında dayanmışdı və qarşılaşmanı davam etdirməyə hazır görünürdü ki, bu da arenada çaşqınlıq yaradıb.
Yalnız bundan sonra referi Nunesə yaxınlaşıb, döyüşü dayandırıb və qarşılaşmanın başa çatdığını elan edib.
Qeyd edək ki, Daniyel Van de Vile peşəkar boksun ən təcrübəli referilərindən biridir. Belçikalı hakim 35 ildir rinqdə çalışır və çoxsaylı WBC titul döyüşlərini idarə edib. Onun karyerasında Lennoks Lyuis – Hasim Rahman və Vitali Kliçko – Xuan Karlos Qomes kimi əfsanəvi qarşılaşmalar da var.
Jadier Herrera defeats Ricardo Nunez via TKO in the 8th round to clinch the WBC interim world lightweight title #Boxing #KabayelKnyba pic.twitter.com/MslbqLfpEo
— Scott (@ScottishProbl) January 10, 2026
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI










.jpg)


























