İdman
FIFA Ukrayna və Rusiya ilə bağlı bu qərarı qüvvədə saxladı
FIFA Rusiya və Ukrayna klublarında çıxış edən legioner futbolçular və məşqçilər üçün müqavilələrin birtərəfli dayandırılmasına icazə verən qaydanın müddətini uzadıb.
Publika.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Yeni qərara əsasən, qayda 30 iyun 2026-cı ilə qədər qüvvədə qalacaq və həm Rusiya, həm də Ukrayna klublarına şamil olunur.
FIFA-nın bəyanatında deyilir:
“Bu müddətin uzadılması münaqişədən zərər çəkmiş oyunçulara, məşqçilərə və klublara daimi normativ dəstək təmin edir və FIFA-nın futbol sisteminin sabitliyini və bütövlüyünü fövqəladə hallarda qorumaq öhdəliyini əks etdirir.
Qərar FIFA-nın üzv assosiasiyaları, liqalar, klublar və futbolçuların nümayəndələri ilə geniş məsləhətləşmələr və konstruktiv dialoqdan sonra qəbul edilib”.
Qaydalara əsasən, legioner futbolçular və məşqçilər Ukrayna Futbol Assosiasiyasına (UAF) və ya Rusiya Futbol İttifaqına (RFU) daxil olan klublarla mövcud əmək müqavilələrinin icrasını birtərəfli qaydada dayandıra biləcəklər.
Bu hüquqdan istifadə etmək istəyən şəxslər klubu yazılı şəkildə ən geci 2025-ci il avqustun 1-dək xəbərdar etməlidirlər. Bu müddət qərarların şəffaf və vaxtında qəbul olunmasını, həmçinin hüquqi aydınlığı təmin etməyə xidmət edir.
Qeyd olunur ki, bu istisna yalnız 21 may 2023-cü il tarixinədək bağlanmış müqavilələrə aiddir. Bu tarixdən sonra imzalanan müqavilələrə tətbiq olunmur.
Heybət
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
-
Hadisə23 İyun 20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT23 İyun 20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ


































