İdman
"Liverpul" onun faciəvi ölümünə görə 20 nömrəni "SİLDİ"
"Liverpul" futbol klubu Dioqo Jotanın xatirəsini əbədiləşdirmək məqsədilə 20 nömrəli formanı dövriyyədən çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə mersisaydlıların saytında yer alan məlumatda deyilir.
Qeyd edəki ki, bu gün yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən portuqaliyalı futbolçu "Liverpul"da 20 nömrəli formanı geyinirdi.
“20 nömrə “Liverpul”un 2024/2025 mövsümündə qazandığı 20-ci çempionluğa verdiyi töhfəyə görə əbədiləşdiriləcək. Apreldə keçirilən Mersisayd derbisində “Kop” tribunası qarşısında etdiyi tipik fənd və zərbə ilə qələbə qazandıran qol onun həyatının da son qolu oldu”, - bəyanatda qeyd edilib.
Xatırladaq ki, iyulun 3-də İspaniyanın Samora əyalətində baş verən yol qəzası nəticəsində 28 yaşlı Diogo Jota və 26 yaşlı qardaşı Andre dünyasını dəyişib.
-
Magazin221:24"Hallivudun ən yaxşı öpüşən kişisi odur" - FOTO
-
Səhiyyə20:48TƏBİB sədrinə müşavir təyin olundu - Foto
-
Dünya20:12İrandan qayıdan ailənin 8 üzvü faciəvi şəkildə HƏLAK OLDU
-
Hadisə19:24Şadlıq evindən qopan daş bəy atasının həyatına son qoydu - Yeniləndi
-
Sosial19:12Türkiyəli aktrisa Bakıda yol qaydasını pozdu
-
MDB17:10İrəvandan Kremlə xəbərdarlıq: Ermənistan KTMT və Aİİ-dən bu halda çıxacaq
-
MDB16:20Paşinyan Baş nazir postuna namizəd seçildi
-
Sosial15:06Sərnişinlər üçün görünməyən təhlükə: Daha çox kimlər hədəfə çevrilir?




































