Dünya
İrandan qayıdan ailənin 8 üzvü faciəvi şəkildə HƏLAK OLDU
Əfqanıstanda baş verən 6 ballıq zəlzələ İrandan qayıdan bir qaçqın ailəsinin səkkiz üzvünün həyatına son qoyub.
Publika.az xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb.
Bildirilib ki, ailənin sağ qalan yeganə üzvü - üç yaşlı oğlan uşağı xəsarət alıb və hazırda Kabil xəstəxanasında müalicə olunur.
"Bu yaxınlarda qonşu İrandan qayıdan şəxslər cümə günü (3 aprel) axşam saatlarında baş verən təkanlar nəticəsində həlak olublar. Xilasetmə işlərində iştirak edən qonşu Möhibulla Niazi ailənin faciəvi taleyini təsdiqləyib", - deyə nəşrdə qeyd olunur.
Əfqanıstan hökuməti sözçüsünün müavini Həmdulla Fitrat aprelin 4-də bildirib ki, zəlzələ nəticəsində ölənlərin ümumi sayı 12 nəfərə çatıb, daha dörd nəfər isə yaralanıb. Fitrat dağıntılar barədə də məlumat verərək qeyd edib ki, Kabil, Pənşir, Loqar, Nanqarhar, Laqman və Nuristan vilayətlərində 40 ailəyə təsir göstərməklə beş ev tamamilə dağılıb, digər 33 evə isə ciddi ziyan dəyib.
Hüseyn İbadlı
-
Region23:00Ərdoğan-Zelenski görüşündə nələr müzakirə edilib?
-
Magazin222:48Selena Qomez muncuqlu mini donu ilə göz qamaşdırdı - Foto
-
Sosial22:36Ata, ana və nənə 13 yaşlı qızdan İMTİNA ETDİ
-
Dünya21:48“Titanik” gəmisini min dronla belə canlandırdılar - FOTO
-
Magazin221:24"Hallivudun ən yaxşı öpüşən kişisi odur" - FOTO
-
Səhiyyə20:48TƏBİB sədrinə müşavir təyin olundu - Foto
-
Dünya20:12İrandan qayıdan ailənin 8 üzvü faciəvi şəkildə HƏLAK OLDU
-
Hadisə19:24Şadlıq evindən qopan daş bəy atasının həyatına son qoydu - Yeniləndi






























