Region
Buşehr AES mütəxəssislərinin Ermənistana təxliyəsi başladı
Rusiyalı mütəxəssislərin İranın "Buşəhr" AES ərazisindən təxliyəsinin əsas dalğası başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov məlumat verib.
Onun sözlərinə görə, avtobuslarla ümumilikdə 198 nəfər təxliyə ediləcək. Şirkət əməkdaşları 2,5-3 gün ərzində bütün ölkəni keçərək Ermənistana çatacaqlar.
Dövlət korporasiyasının rəhbəri həmçinin əlavə edib ki, stansiya ərazisinə endirilən zərbə nəticəsində müəssisənin mühafizə xidmətinin bir əməkdaşı həlak olub. O, rusiyalı mütəxəssislərin çıxarılması prosesi barədə İsrail və ABŞ nümayəndələrinin məlumatlandırıldığını da qeyd edib.
Təxliyə qərarı fevralın 28-də başlayan ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatı fonunda qəbul edilib.
"Buşəhr" AES - İranın Rusiyanın iştirakı ilə tikilmiş yeganə atom elektrik stansiyasıdır. Müəssisə ölkənin cənub-qərbində yerləşir. Fevralın 28-dən bəri ABŞ və İsrail İrana qarşı hərbi əməliyyat keçirir və bu şəraitdə personalın çıxarılması barədə qərar verilib.
Əməkdaşların yollandığı Ermənistan Rusiyanın KTMT üzrə müttəfiqidir və İranla quru sərhədinə malikdir. Bu sərhədin uzunluğu 44 km təşkil edir.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi




































.jpg)
