İdman
Beyl bu klubu almaqda israrlıdır
"Real", "Tottenhem" və Uels millisinin sabiq futbolçusu Qaret Beyl doğma klubu "Kardiff Siti"ni almaq üçün ikinci cəhdini edib.
Publika.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.
35 yaşlı keçmiş futbolçu Uels təmsilçisini almaq üçün 40 milyon funt sterlinq ayırmağa hazırdır.
"Biz "Kardiff"in alınmasında maraqlıyıq. Bu, mənim doğma şəhərimin klubudur. Burada böyümüşəm və dayım (Kris Payk – red.) da bu komandada çıxış edib", – deyə Beyl bildirib.
Hazırda klubun sahibi olan Vinsent Tan "Kardiff"in Çempionşipdən Liqa 1-ə (İngiltərənin üçüncü liqası) düşməsindən sonra komandanı satmağa hazırdır. Tan ilk təklifi rədd etsə də, Qaret Beyl hələ də doğma komandasını almaq və onu Premyer Liqaya qaytarmaq arzusundadır.
"Klubun sahibləri arasında olmaq mənim üçün bir arzu, xəyaldır. "Kardiff"in inkişafında iştirak etmək və onu haqlı olduğu Premyer Liqaya qaytarmaq istərdim", – deyə o əlavə edib.
Xatırladaq ki, "Kardiff Siti" İngiltərə Premyer Liqasını 2018/19 mövsümündə tərk edib və o vaxtdan bəri elita səviyyəsində çıxış etməyib.
-
Region04:41Kuryerin gətirdiyi bağlama elit yaşayış kompleksində PARTLADI - Yaralılar var
-
Magazin203:13Qolundakı saatın 1,6 milyon qiyməti var - FOTO
-
Sosial01:11"Heç bir halda bu ölkəyə getməyin: peşman oldum" - Professordan ÇAĞIRIŞ
-
Region00:30İranda milli matəm elan edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Əla fürsətlər qarşınıza çıxacaq
-
İdman11 Yanvar 22:12Dünya çempionu vəfat etdi
-
İdman11 Yanvar 22:00Azərbaycanı seçib himnimizi oxudu - VİDEO
-
ABŞ11 Yanvar 21:24Kuba Prezidenti Trampın ultimatumuna CAVAB VERDİ

































