Dünya
Qrenlandiya uğrunda SAVAŞ BÖYÜYÜR - ABŞ "ürəyindən" VURULA BİLƏR
Tramp administrasiyasının Qrenlandiyanı ilhaq etməyə cəhd göstərəcəyi təqdirdə Avropa İttifaqı Amerika texnologiya nəhənglərinə qarşı cavab sanksiyaları planı hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "The Sunday Telegraph" qəzeti mənbələrə istinadla yazır.
Planlara görə, məhdudiyyətlər "Meta", "Google" və "Microsoft" şirkətlərini hədəf ala bilər. "X" sosial şəbəkəsinə, Amerika banklarına və maliyyə qurumlarına qarşı tədbirlər də nəzərdən keçirilir. Son çarə olaraq, AB ölkələrindəki Amerika hərbi bazalarının bağlanması müzakirə olunur.
Yanvar ayında ABŞ Prezidenti bir daha açıq şəkildə Qrenlandiya üzərində nəzarəti ələ keçirmək niyyətini bildirib. O, Vaşinqtonun "istəsə də, istəməsə də" hərəkət edəcəyini və məqsədinə "yaxşı və ya pis yolla" çatmağa hazır olduğunu bildirib. O, adaya nəzarəti milli təhlükəsizlik məsələsi kimi təsvir edib və Qrenlandiyanın Rusiya və ya Çin tərəfindən mümkün işğalının qarşısını almağın vacibliyini bildirib.
Hüseyn İbadlı
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI













.jpg)

















