İdman
Salah: Sonradan peşman olmamaları üçün…
Afrika Millətlər Kubokunun dörddəbir finalında Fil Dişi Sahili millisinə 3-2 hesabı ilə qalib gələn Misir yığmasının hücumçusu Məhəmməd Salah matçın oyunçusu seçilib.
Publika.az xəbər verir ki, Salah bu oyunda bir qol vurub. O, qarşılaşmadan sonra deyib:
“Bu uşaqlarla oynamaqdan çox xoşbəxtəm və qürur duyuram. Biz həmişə Misir azarkeşlərinə sevinc bəxş etmək istəyirik və inanırıq ki, bu münasibətlə hər matçda qalib gələ bilərik.
Çətin matç idi. Fil Dişi Sahili millisi ötən dəfə evdə oynayaraq Afrika Millətlər Kubokunu qazandı. Bu gün onlar da çempion kimi oynadılar, amma biz əlimizdən gələni etdik və irəliləməyi bacardığımız üçün şadam.
Mən həmişə təcrübəmdən istifadə edərək Misirin daha böyük uğurlar qazanmasına kömək etməyə çalışıram. Komanda yoldaşlarımı meydana çıxdıqdan sonra əllərindən gələni etməyə həmişə təşviq edirəm. Bu, onların sonradan peşman olmamaları üçün çox vacibdir”.
Misir 14 yanvarda keçiriləcək turnirin yarımfinalında Seneqal ilə qarşılaşacaq.
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI










.jpg)


























