İdman
Britaniyalı FİA-dan qovuldu: Yerinə Anar Ələkbərov gətirildi
FİA prezidenti Məhəmməd Ben Sulayem Britaniya nümayəndəsi və Kral Avtomobil Klubunun vitse-prezidenti Ben Kassonu FİA Senatındakı vəzifəsindən azad edib.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Britaniyalı FIA Senatının kreslosunu üç il yarım tutub. Onu azərbaycanlı Anar Ələkbərov əvəzləyib.
Bir vaxtlar Kasson Ben Sulayemin FIA prezidentliyinə namizədliyini fəal şəkildə dəstəkləyib. Ələkbərov Sulayemin və onun müttəfiqinin tərəfdarı kimi tanınır. Kasson işdən çıxarılmasını izah edilməsi ilə bağlı Ben Sulayemə məktub yazıb, lakin heç bir cavab almayıb.
Qeyd edək ki, Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Azərbaycan Avtomobil Federasiyasının prezidentidir.
-
Sağlamlıq08:24Diabet riskini 31 faiz azaldan yeni pəhriz hazırlandı
-
Sağlamlıq07:30Yuxunun keyfiyyətini belə yaxşılaşdırmaq olar
-
İdman06:46Məşhur məşqçi ilə bağlı qalmaqal: - Tələbələrini…
-
Magazin106:16Emin ilk milyon dollarını belə qazanıb - VİDEO
-
Dəb03:13Bu il "nənə ətəyi" trend olacaq - FOTO
-
Nəqliyyat02:42İllərdir yolu gözlənilən qatarın FOTOLARI
-
Magazin100:30İrina Şeyk yeni obrazı ilə diqqət çəkdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Aranızdakı güvən sarsıla bilər







































