İranla gərginlik artır: Almaniyadan Türkiyəyə "Patriot" dəstəyi
Bizi izləyin

Dünya

İranla gərginlik artır: Almaniyadan Türkiyəyə "Patriot" dəstəyi

İranla gərginlik artır: Almaniyadan Türkiyəyə "Patriot" dəstəyi

Almaniya NATO-nun cənub-şərq cinahında hava müdafiəsini gücləndirmək üçün Türkiyəyə müvəqqəti olaraq "Patriot" raketdən müdafiə sistemi yerləşdirəcək.

Publika.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, yerləşdirmə iyun ayının sonunda başlayacaq və sentyabr ayına qədər davam edəcək.

Məlumata görə, Almaniyanın Husum şəhərindən göndəriləcək bölmə 150 ​​əsgərdən ibarətdir. Alman bölməsinin Türkiyədəki missiyasını başa çatdıracaq ABŞ bölməsini əvəz edəcəyi bildirilib.

Həmçinin, açıqlamada bu addımın NATO hava məkanının qorunmasında ədalətli yük bölgüsünə xidmət etdiyi vurğulanıb.

“Almaniya NATO daxilində daha çox məsuliyyət daşıyır. Biz bunu şərq cinahında, şimalda və indi bir neçə həftədir ki, NATO-nun Türkiyədəki cənub-şərq cinahında edirik", - deyə Almaniya müdafiə naziri Boris Pistorius bildirib.

Pistorius qeyd edib ki, bölgədəki Türkiyə və ABŞ qüvvələri ilə sıx koordinasiya təmin ediləcək. Məlumata görə, Almaniyanın qərarı İranla son zamanlar gərginliyin artması ilə bağlıdır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm