İdman
Matçdan əvvəl xaos: Azarkeşlər arasında küçə davası – VİDEO

Həftəsonu keçirilən “Bohemyans” və “Derri Siti” komandaları arasında oyundan öncə (1:1) Şimali İrlandiyada ciddi iğtişaşlar baş verib.
Publika.az xəbər verir ki, stadion ətrafındakı küçələr fanatların döyüş meydanına çevrilib. Tərəfdarlar bir-birinə fişəng, metal çubuqlar və hətta qolf çubuqları ilə hücum ediblər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə maskalı azarkeşlərin hasarın o tayından raketlər atdığı, digərlərinin isə duman pərdəsi altında metal çubuqlarla qarşı tərəfə keçməyə çalışdığı görünür.
Ən qorxulu anlardan birində partlayışların ortasında bir qız uşağı qaçaraq “Ata!” deyə qışqırıb. Yanındakı kişi isə onu sakitləşdirməyə çalışaraq “Hər şey yaxşıdır” deyib. Lakin ətrafdakı xaos heç də sakit bir mənzərə yaratmayıb.
Şimali İrlandiya polisi hadisənin əvvəlcədən planlaşdırıldığını təsdiqləyib və məsul şəxslərin müəyyən olunması üçün bütün videoçəkilişlərin araşdırılacağını bildirib. Toqquşmalarda bir yeniyetmə və 20 yaşlarında bir kişi xəsarət alıb.
Döyüş yalnız stadion ətrafı ilə məhdudlaşmayıb. Hadisələr Leki Road və Lune Mur küçələrində də davam edib. Həmin ərazilərdə binalar və avtomobillər dağıdılıb.
Hələlik heç kim həbs olunmayıb. Lakin stadion işçilərinin köməyi ilə vəziyyəti qismən nəzarət altına almaq mümkün olub.
-
İdman22:45
Ukrayna - Azərbaycan oyunu başladı - CANLI/YENİLƏNDİ
-
ABŞ21:33
Meqa zəlzələ olacaq - Alimlərdən xəbərdarlıq
-
Yaxın Şərq20:54
Qəzza zolağında atəşkəslə bağlı yekun saziş imzalandı - Foto
-
Dünya20:30
Ərdoğanla Meloni arasında maraqlı dialoq: "Yaxşı görünürsünüz, amma..." - Video
-
Rəsmi xronika20:06
İlham Əliyev Trampla görüşdü - Video
-
Rəsmi xronika19:00
İlham Əliyev Misirdə Ərdoğanla görüşdü - Video
-
Hadisə18:10
Vəfat edən avtovağzal direktoru hoteldə tək olub? - Detallar
-
Hadisə17:00
Vəzifəli şəxsin oğlu hoteldə öldü - FOTO