Vəfat edən avtovağzal direktoru hoteldə tək olub? - Detallar
Bizi izləyin

Hadisə

Vəfat edən avtovağzal direktoru hoteldə tək olub? - Detallar

Mingəçevir Avtovağzalının icraçı direktoru Coşqun Rəhimovun ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, icraçı direktor Mingəçevir Avtovağzalının hotelində vəfat edib. Həmin hoteldə bir otaq Coşqun Rəhimovun daimi istirahəti üçün ayrılıbmış.

Vəfat edən zaman istirahət otağında onun tək olduğu bildirilir.

İcraçı direktor ürək çatışmazlığından əziyyət çəkirmiş, vaxtaşırı ağrıları olurmuş. Ölümündən az öncə yenidən ağrıları başlayıb. Zəng edib köməyə kimisə çağırmaq istəyib, buna gücü çatmadıqda qapını açmağa cəhd göstərib.

Əlində telefon otaqdan çıxış qapısı önündə yerə yıxılaraq həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm