Ukrayna - Azərbaycan oyununda üçüncü qol - CANLI/YENİLƏNDİ
Bizi izləyin

İdman

Ukrayna - Azərbaycan oyununda üçüncü qol - CANLI/YENİLƏNDİ

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan üçüncü qol vurulub.

Publika.az xəbər verir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb - 2:1.

64-cü dəqiqədə Ruslan Malinovski fərqlənib.

***

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ikinci hissə başlayıb.

Publika.az xəbər verir ki, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.

***

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ilk hissə başa çatıb.

***

İlk hissənin son dəqiqəsində Azərbaycan millisi Nəriman Axundzadənin qolu ilə tarazlığı bərpa etdi: 1-1.

***

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab açılıb.

Publika.az xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunan görüşün 30-cu dəqiqəsində meydan sahibi komandanın hücumçusu Oleksey Qutsulyak adını tabloya yazdırıb.

***

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində IV tur çərçivəsində keçirilən Ukrayna-Azərbaycan oyunu başlayıb.

Publika.az xəbər verir ki, Polşanın Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edir.

Komandalar arasında Bakıda keçirilmiş ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

***

Bu gün DÇ-2026-nın seçmə mərhələsində üz-üzə gələcək Ukrayna və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

Ukrayna: Anatoli Trubin, Yefim Konoplya, Vitali Mikolenko, Nikolay Matviyenko (k), İlya Zabarnı, Oleksey Quçulyak, Ruslan Malinovski, Yeqor Yarmolyuk, Oleq Oçeretko, Artyom Dovbik

Azərbaycan: Şahrudin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Anatoli Nuriyev, Emin Mahmudov (k), Abbas Hüseynov, Elvin Bədəlov, Toral Bayramov, Abdulla Xaybullayev, Nəriman Axundzadə.

Ukrayna - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm