Vəzifəli şəxsin oğlu hoteldə öldü - FOTO
Bizi izləyin

Hadisə

Vəzifəli şəxsin oğlu hoteldə öldü - FOTO

Mingəçevirdə yerləşən hotellərin birində ölüm hadisəsi baş verib.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhər sakini Coşqun Rəhimov Mingəçevir Avtovağzalının ərazisində yerləşən hoteldə qəfil vəfat edib.

Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.

Məlumata görə, Coşqunun atası Tofiq Rəhimov Mingəçevir Avtovağzalının direktorudur. Coşqun da orada çalışırmış və hadisə o, iş başında olarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm