Soçi Olimpiya oyunları üçün əlavə qızıl medal hazırlanacaq
Bizi izləyin

İdman

Soçi Olimpiya oyunları üçün əlavə qızıl medal hazırlanacaq

Soçi Olimpiya oyunları üçün əlavə qızıl medal hazırlanacaq.

Olimpiya-2014 oyunlarında dağ xizəkçiliyi üzrə keçirilən yarışda eyni zamanda iki qalib təyin olunduğu üçün əlavə qızıl medalın hazırlanmasına qərar verilib.

Qızıl medallar 13 fevral tarixində sloveniyalı Tina Maze və isveçrəli Dominik Qizinə təltif olunacaq.

Əvvəlcədən Olimpiya oyunları üçün 46 qızıl medal hazırlanıb. Medalın hazırlanması isə 15 saatdan tez başa gəlmir.

Soçi oyunlarından sonra istifadə olunmayan tədarüklər Lozannada yerləşən Olimpiya muzeyi ilə yanaşı digər muzeylərdə də saxlanılır.

Dağ xizəkçiliyində Tina Maze və Dominik Qizin sürətli eniş edərək finişi demək olar eyni vaxtda fəth ediblər.

Olimpiya oyunlarının dağ xizəkçiliyi yarışında bu ilk haldır. Xatırladaq ki, Tina Maze Qış Olimpiya oyunları tarixində Sloveniyaya ilk qızıl medalı qazandırıb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm