İdman
"Qarabağ”a qarşı haqsızlıq ilin hadisəsi seçildi
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ - “İnter” oyunundakı çexiyalı baş hakim Miroslav Zelinkanın səhv qərarı indiyədək müzakirə mövzusudur. Referinin qərarı ölkəsinin mətbuatında ilin ən yadda qalan hakim səhvləri sırasında yer alıb.
Onlar verilmiş qərarın biabırçı olması ilə yanaşı, qolun niyə hesaba alınmamasını hələ də hakimdən başqa heç kimə aydın olmadığını yazırlar.
Bundan əlavə, siyahıda “Çelsi” - “Arsenal” (6:0), Uruqvay - İtaliya (1:0) matçlarındakı səhvləri də yad olunub.
Xatırladaq ki, Zelinka “Qarabağ” - “İnter” oyununda Riçard Almeydanın son saniyələrdə vurduğu təmiz qolu hesaba almamışdı. Milyonlarla azarkeş 90+4-cü dəqiqədə gələn qolla sevinsə də, hakimlər briqadası "Qarabağ"ın qaydalar çərçivəsində vurulmuş qolunu qeydə almadı. Belədə tarixində ilk dəfə Avropa Liqasında iştirak edən "Qarabağ" 6 xalla qrupu 3-cü pillədə bitirdi.
Bu oyundan sonra Çexiya mətbuatında da matçın baş hakimi Zelinkanın haqsızlığına aid xəbər dərc edilb. Xəbərin bir cümləsi hər şeyi ifadə edir: “Qarabağ” - “İnter” matçında baş hakim Miroslav Zelinka özünü rüsvay etdi”.
Aygün İlqarqızı
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO