Mourinyo təsdiqlədi: Hansı məşqçi "Benfika"dan imtina edər?
Bizi izləyin

İdman

Mourinyo təsdiqlədi: Hansı məşqçi "Benfika"dan imtina edər?

Joze Mourinyo yaxın vaxtlarda "Benfika"nın yeni baş məşqçisi olacaq.

Publika.az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.

Portuqaliyalı mütəxəssis artıq müqavilənin şərtlərini razılaşdırıb. Tərəflər 2 illik müqavilə imzalayacaq. Hazırda isə köməkçilərlə bağlı son detallar müzakirə olunur. Klubun Mourinyonu bu gün, sentyabrın 18-də rəsmi şəkildə təqdim edəcəyi gözlənilir.

Joze "Benfika" ilə müqavilə imzalamaq üçün Lissabona gəldikdən sonra jurnalistlərə açıqlama da verib:

“Mənə “Benfika”dan təklif gələndə tərəddüd etmədən cavab verdim: “Bəli, istəyirəm, maraqlanıram”. Hansı məşqçi “Benfika”dan imtina edərdi, əlbəttə ki, mən yox”.

Xatırladaq ki, "Benfika" sentyabr 16-da "Qarabağ"a Çempionlar Liqasında (2:3) sensasion məğlubiyyətdən dərhal sonra baş məşqçi Bruno Lajeni vəzifəsindən uzaqlaşdırmışdı.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm