“Kayrat”ın baş məşqçisi “Qarabağ”ı nümunə göstərdi: Onlara 3 xal gözü ilə baxanlara
Bizi izləyin

İdman

“Kayrat”ın baş məşqçisi “Qarabağ”ı nümunə göstərdi: Onlara 3 xal gözü ilə baxanlara

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində debüt edəck “Kayrat”ın baş məşqçisi Rafael Urazbaxt “Qarabağ” barədə danışıb. UEFA Çempionlar Liqasında debüt matçları ilə bağlı gözləntilərini bölüşüb.

Publika.az xəbər verir ki, Lissabonda “Sportinq”in qonağı olacaq Qazaxıstan təmsilçisinin çalışdırıcısı komandasına 3 xal gözü ilə baxılması ilə razılaşmayıb və nümunə kimi sentyabrın 16-da həmin şəhərdə “Benfika” üzərində əzmkar qələbə qazanan (3:2) Azərbaycan çempionunu nümunə göstərib:

“Hər yerdə yazırlar ki, Çempionlar Liqasında biz xal verən donor komanda olacağıq. Təbii ki, bu, bizi incidir. Biz bunun əksini sübut etmək və belə səviyyədə oynamağa layiq olduğumuzu göstərmək istəyirik. Onsuz da Çempionlar Liqasına düşmək bizim üçün böyük hadisədir. Təzyiq hiss etmirik, meydana çıxıb ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirəcəyik. “Qarabağ”ın “Benfika”ya qalib gəlməsi sübut etdi ki, adlar oynamır, meydana canlı insanlar çıxır. Biz də “Sportinq”lə oyunda bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, “Sportinq” - “Kayrat” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm