İdman
“Barselona” Reşfordla bağlı bu addımı atmaq istəyir

“Barselona” yanvarda “Mançester Yunayted”in hücumçusu Markus Reşfordu birdəfəlik transfer etməyi nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.
Mümkün transferin məbləği təxminən 20 milyon funt sterlinq (23 milyon avro) ola bilər. Hazırda “qırmızı şeytanlar”ın qışda bu keçidə razılıq verib-verməyəcəyi bilinmir.
Mənbənin məlumatına əsasən, katalon klubunun mövsümün sonunda futbolçunu 26 milyon funt (29,9 milyon avro) qarşılığında almaq imkanı da var, lakin rəhbərlik yanvarda daha aşağı qiymətə transferi reallaşdırmaq istəyir. Bundan başqa, “Barselona” Reşfordun keçidini maliyyələşdirmək üçün bəzi oyunçularını satmağı da düşünür.
Qeyd olunur ki, “Barselona”da ingilis hücumçunun komandaya uyğunlaşmasından çox razıdırlar.
Reşford ötən yay İspaniya nəhənginə icarə əsasında qoşulub. O, bütün turnirlərdə 5 oyunda meydana çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

-
Sağlamlıq08:36
Çox arıq olmaq artıq çəkidən daha TƏHLÜKƏLİDİR
-
MDB08:24
Qazaxıstan ən uzun dəvə karvanı üzrə rekord qırdı - VİDEO
-
Avropa08:12
Almaniyada göbələk yığan şəxs casusluqda ittiham olunur
-
Magazin206:16
Mahnımızı oxuyub Bakıda böyüyən aktrisanı ağladan kimdir? - VİDEO
-
Magazin103:13
Ağadadaş Ağayev imicini dəyişdi - VİDEO
-
Magazin202:12
"Intervision 2025"in qalibi bu ölkə oldu
-
İdman01:11
Ronaldo 944-cü və 945-ci qollara İMZA ATDI
-
Cənubi Qafqaz00:15
7 il axtarışda olan oğru həbs olundu