İdman
Yunan-Roma güləşçimiz dünya çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.
Publika.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçiləri 1 qızıl və 1 bürünc medal qazanıb.
Ülvü Qənizadə (72 kiloqram) finalda ötən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 4:2 hesabı ilə qalib gələn həmyerlimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub.
Murad Əhmədiyev (97 kiloqram) bürünc medal uğrunda görüşdə macarıstanlı Aleks Soke ilə üz-üzə gəlib. Güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb. Yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf Əhmədiyev olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib.
Bununla da yunan-Roma güləşçilərimizin mundialda medal sayı 3-ə çatıb.
Xatırladaq ki, ötən gün Eldəniz Əzizli (55 kiloqram) dünya üçüncüsü olub.

-
Cənubi Qafqaz00:15
7 il axtarışda olan oğru həbs olundu
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yanlış anlaşılmalar ola bilər
-
Sosial20 Sentyabr 23:24
AZTV-nin sabiq sədri VƏFAT ETDİ - FOTO
-
Sosial20 Sentyabr 23:12
Polkovnik-leytenantın dəfn yeri məlum oldu - YENİLƏNDİ
-
İdman20 Sentyabr 22:48
“Demək olar ki, mən ən xoşbəxt baş məşqçiyəm”
-
Sosial20 Sentyabr 22:24
Nikah mərasimlərinə Prezident qatıldı - VİDEO
-
Hadisə20 Sentyabr 20:12
İnək şirniyyat mağazasına HÜCUM ÇƏKDİ: yaralı var - VİDEO
-
Hadisə20 Sentyabr 20:00
Naxçıvan-Bakı sərnişin avtobusu dərəyə aşdı: çox sayda yaralı var - YENİLƏNDİ