ABŞ
Harrisin “107 gün”ü Demokratlar Partiyasında ÇAXNAŞMA YARATDI

ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harrisin xatirələri Demokratlar Partiyasında narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, bu barədə "The Washington Pos"t qəzeti məlumat yayıb.
Bildirilib ki, Harris tərəfindən yazılan və nəşrə hazırlanan “107 gün” adlı xatirə kitabı partiyada panikaya səbəb olub.
Kitabda Harrisin prezidentlik kampaniyası ətrafında baş verən hadisələr təsvir olunur və Pensilvaniya qubernatoru Coş Şapiro ilə sabiq nəqliyyat naziri Pit Buttiqieq kimi aparıcı demokratlar haqqında şəxsi hekayələr və detallara yer verilir.
Kitabın 23 sentyabrda nəşr olunacağı gözlənilir. Harris burada Şapironu özündənrazı və həddindən artıq iddialı biri kimi təsvir edir, Buttiqieqin vitse-prezidentliyə namizəd seçilməsini isə riskli addım adlandırır.
Hər iki siyasətçi bu fikirlərlə razı olmadıqlarını bildiriblər və kitabda onların adı keçə hissələrin dərcinə qarşı çıxıblar.
Hüseyn İbadlı

-
Hadisə09:00
Daşkəsəndə sərxoş kişi evə gec gələn arvadını döydü
-
Sağlamlıq08:36
Çox arıq olmaq artıq çəkidən daha TƏHLÜKƏLİDİR
-
MDB08:24
Qazaxıstan ən uzun dəvə karvanı üzrə rekord qırdı - VİDEO
-
Avropa08:12
Almaniyada göbələk yığan şəxs casusluqda ittiham olunur
-
Magazin206:16
Mahnımızı oxuyub Bakıda böyüyən aktrisanı ağladan kimdir? - VİDEO
-
Magazin103:13
Ağadadaş Ağayev imicini dəyişdi - VİDEO
-
Magazin202:12
"Intervision 2025"in qalibi bu ölkə oldu
-
İdman01:11
Ronaldo 944-cü və 945-ci qollara İMZA ATDI