Şevçenko millimizlə bacarmayan Rebrov barədə qərar verdi
Bizi izləyin

İdman

Şevçenko millimizlə bacarmayan Rebrov barədə qərar verdi

Sergey Rebrov Ukrayna millisinin baş məşqçi postunu tərk etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə SDNA nəşri məlumat yayıb.

Bildirilib ki, Rebrovun millidən ayrılmasına Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidenti Andrey Şevçenko qarşı çıxır. Rebrov özü də 2026-cı il dünya çempionatının seçmə mərhələsinin ortasında komandanı tərk etmək istəmir.

Şevçenko qeyd edib ki, o, UFA-nın prezidenti olduğu müddətdə Rebrovun getməsinə imkan verməyəcək və seçmə mərhələnin sonuna qədər məhz onun komandaya rəhbərlik etməsi üçün səy göstərəcək.

Xatırladaq ki, Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinə uğursuz başlayıb. Komanda əvvəlcə Fransaya uduzub (0:2), daha sonra isə Bakıda Azərbaycanla görüşdə qələbəni əldən verib - 1:1.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm