"Siti" Haalanda qiymət qoydu
Bizi izləyin

İdman

"Siti" Haalanda qiymət qoydu

Norveçli hücumçu Erlinq Haalandın "Mançester Siti"dən ayrılacağı ilə bağlı iddialar yayılıb.

Publika.az "Football Insider"a istinadən xəbər verir ki, futbolçu 2025/26 mövsümünün sonunda Premyer Liqanı tərk edə bilər.

25 yaşlı forvardla İspaniyanın "Barselona" klubu maraqlanır. Kataloniya təmsilçisi Haalandı Robert Levandovskinin ideal əvəzləyicisi hesab edir. "Siti" oyunçunu buraxmağa hazırdır, lakin bunun üçün 170 milyon avro tələb edir. Klub rəhbərliyi bu məbləğin potensial alıcıları çəkindirəcəyinə ümid edir.

Haaland isə Mançesterdəki durumundan narazı deyil, amma ötən mövsümün uğursuz alınması və kubokların qazanılmaması onu narahat edir. O, bu mövsüm komandasının çempionluq uğrunda mübarizə aparacağına ümid edir. Əgər Pep Qvardiolanın yetirmələri titula sahib çıxa bilməsələr, norveçli ulduz "Barselona"ya keçid variantını nəzərdən keçirəcək.

Qeyd edək ki, 2025/26 mövsümündə hücumçu bütün turnirlərdə 10 oyunda meydana çıxıb, 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Mançester Siti" ilə müqaviləsi 2034-cü ilin iyununa qədər qüvvədədir. Futbolçunun transfer dəyəri 180 milyon avro təşkil edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm