Azərbaycanın inkişafı üçün futbola da investisiya yatırılmalıdır - Qurban Qurbanov
Bizi izləyin

İdman

Azərbaycanın inkişafı üçün futbola da investisiya yatırılmalıdır - Qurban Qurbanov

Azərbaycanın inkişafı üçün böyük biznes sahələri qurulur və futbol da həmin sahələrdən biri ola bilər. Bu, çox maraqlı və faydalı ola bilər.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

Baş məşqçi bildirib ki, digər sahələrə investisiya qoyulursa, elə futbola investisiya qoymaq maraqlı olar:

“Bizim bacarıqlı, qabiliyyətli, heç nədən üzə çıxan futbolçularımız var. Çünki Azərbaycan elə bir bölgədir ki, istənilən idman növündə - istər güləş, istər boks, istərsə də cüdo olsun, o cümlədən futbolda ixtisaslı idmançlarımız çıxar. Ona görə də, məncə, bu sahəyə investisiya qoysaq, yanılmaraq. Bu, çox perspektivli bir işdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm