İdman
"Yuventus" "Milan"ın futbolçusunu hədəfə aldı

"Yuventus" "Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çikin xidmətlərində maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə "TuttoMercatoWeb" məlumat yayıb.
Turn klubunun məqsədi komandanın yarımmüdafiəsini gücləndirməkdir. Qısa siyahıda bir neçə ad var, onların arasında "Nyukasl"ın futbolçusu Sandro Tonali də mövcuddur. Lakin Tonalinin transferi "Yuventus" üçün çox baha başa gələ bilər, Loftus-Çik isə qiymət və keyfiyyət baxımından daha əlverişli seçim hesab olunur.
29 yaşlı futbolçunun "Milan"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir, transfer dəyəri isə 10 milyon avro olaraq qiymətləndirilir. Loftus-Çik 2023-cü ilin yayından etibarən A seriyası klubunda çıxış edir. Cari mövsümdə o, bütün turnirlərdə 5 oyunda meydana çıxıb və 1 qol vurub.
Xatırladaq ki, A seriyasının 4-cü turunda "Yuventus" "Verona" ilə qarşılaşmada xal itirib – 1:1.
Heybət

-
Nəqliyyat18:36
Bu qəsəbələrdə yaşayanlara ŞAD XƏBƏR - Yeni marşrut avtobusu fəaliyyətə başlayır
-
Nida Xəbər 17:36
BMT Baş Assambleyasında yüksəksəviyyəli debatlar başladı
-
Region16:08
Türkiyədə ağır qəza: 18 rusiyalı xəstəxanaya yerləşdirilib
-
Cənubi Qafqaz15:40
Paşinyan Ermənistan konstitusiyasını tənqid etdi: “Hamı ona nifrət edir”
-
Kriminal14:34
Adnan Əhmədzadənin vəkili dövlət qurumunda işləyirmiş? - FOTO
-
Dünya12:30
Polis Makronun maşınını saxladı: Trampa zəng edib görün nə dedi - VİDEO
-
Magazin211:53
Kardaşyan bütün sirrini açdı: Ombasını formada saxlamaq üçün hər gün bir saat... - FOTOLAR
-
İqtisadi gündəm11:26
Ata olanlara ŞAD XƏBƏR: Ödəniş ola bilər