MY-nin yeni stadionla bağlı bu planı baş tutmadı
Bizi izləyin

İdman

MY-nin yeni stadionla bağlı bu planı baş tutmadı

“Mançester Yunayted”in sahibləri yeni stadionun dam örtüyü layihəsindən yüksək xərc səbəbilə imtina ediblər.

Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Mart ayında İngiltərə klubu “Old Trafford”un söküləcəyi və yerində 100 min nəfərlik yeni stadionun inşa ediləcəyi barədə açıqlama vermişdi. Əsas yeniliklərdən biri stadionu və ətraf əraziləri əhatə edəcək, azarkeşləri pis havadan qoruyacaq, həmçinin arenanı unikallaşdıracaq “çətir” formasında dam örtüyü olmalı idi.

Lakin mənbənin qeyd etdiyinə görə, mövcud ərazi damın quraşdırılması üçün kifayət etməyib. “Old Trafford”un ətrafındakı torpaqlara sahib olan “Freightliner” şirkəti əlavə sahəni yalnız 400 milyon funt sterlinq müqabilində verməyə razı olub. Bu isə klubun təklif etdiyi məbləğdən səkkiz dəfə çoxdur. Nəticədə klub rəhbərliyi layihədən imtina etmək qərarına gəlib.

Qeyd edək ki, MY azarkeşləri yeni stadionun dam örtüyü layihəsini tənqid edərək, onu “sirk çadırı”na bənzətmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm