İdman
Açıq Avropa Turniri: 4 cüdoçumuz fəxri kürsüyə qalxdı - FOTO
.jpg?v1759006757)
Çexiyanın paytaxtı Praqada cüdo üzrə Açıq Avropa Turniri start götürüb.
Publika.az xəbər verir ki, ilk yarış günündə 4 cüdoçu fəxri kürsüyə qalxıb.
66 kiloqram çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb. İslam Rəhimov qızıl, Nazir Talıbov isə gümüş medala yiyələnib. 60 kiloqram çəkidəki təmsilçilərimiz Hüseyn Allahyarov və Murad Muradlı üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.
Günü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla tamamlayan Azərbaycan ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirə 35 ölkədən 405 idmançı qatılıb.
.jpg)



-
Sosial00:15
"Yaxşı pul olacaq" demişdi, dostunun 100 minini batırdı
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Romantik anlar yaşaya bilərsiniz
-
Region27 Sentyabr 22:48
CHP-nin Qadın təşkilatının sədri ƏRİNİ BIÇAQLADI
-
Cənubi Qafqaz27 Sentyabr 22:36
Gürcüstanın televiziya müsabiqəsində Azərbaycan mahnısı - VİDEO
-
ABŞ27 Sentyabr 21:24
Lavrovdan qərbə ŞOK HƏDƏ: "Elə şəxslər var ki..."
-
Magazin227 Sentyabr 21:12
“Mübariz İbrahimovu canlandırmaqdan qürur duyaram”
-
İdman27 Sentyabr 20:36
Qərarını verdi: Karyerasını “Barselona”da bitirmək istəyir
-
Region27 Sentyabr 20:00
Ankarada Yuri Qaqarinin abidəsi ucaldılacaq, Moskvada isə...