Qərarını verdi: Karyerasını “Barselona”da bitirmək istəyir
Bizi izləyin

İdman

Qərarını verdi: Karyerasını “Barselona”da bitirmək istəyir

Müdafiəçi Ronald Arauxo 2031-ci ilə qədər qüvvədə olan müqaviləsinin sonunadək karyerasını “Barselona”da davam etdirmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

26 yaşlı uruqvaylı Çempionlar Liqasını Kataloniya klubunun heyətində qazanmağı arzulayır və karyerasını məhz burada bitirmək istədiyini bildirib. O, oyun üslubu və xarakterinə görə “Barselona”nın sabiq kapitanı və müdafiəçisi Karləs Puyola bənzədiyini düşünür.

Arauxo 2020-ci ildən “Barselona”da çıxış edir. Bu müddətdə komandanın heyətində 180 matça çıxıb, 11 qol vurub və 7 məhsuldar ötürmə edib. Müqaviləyə əsasən, o, ötən yay 65 milyon avroya klubdan ayrıla bilərdi, lakin belə bir variantı nəzərdən keçirməyib. Onunla “Liverpul”, “Çelsi” və “Tottenhem” maraqlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm