Bakı-Quba yolunda piyada vuruldu
Bizi izləyin

Hadisə

Bakı-Quba yolunda piyada vuruldu

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Mütəllimov Cavanşir Əlizadə oğlu yolu keçmək istəyərkən onu "Mercedes" markalı minik avtomobili vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm