“Barselona”nın futbolçusu əməliyyat olundu
Bizi izləyin

İdman

“Barselona”nın futbolçusu əməliyyat olundu

“Barselona”nın qapıçısı Joan Qarsiya dizindən əməliyyat olunub.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı ispaniyalı qolkiper sol dizinin daxili meniskinin qopması səbəbindən cərrahi müdaxiləyə məruz qalıb. Onun bərpa prosesinin 4–6 həftə davam edəcəyi gözlənilir.

Joan sentyabrın 25-i, cümə axşamı İspaniya çempionatında keçirilən son oyunda zədələnib. Həmin qarşılaşmada “Barselona” “Ovyedo” üzərində 3:1 hesablı əzmkar qələbə qazanıb.

Cari mövsümdə Qarsiya 7 matçda meydana çıxıb və 5 qol buraxıb.

Bundan əvvəl kataloniyalıların digər futbolçusu – braziliyalı cinah oyunçusu Rafinyanın da zədələndiyi məlum olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm