İdman
Gəncədə III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb

Gəncə İdman Sarayında III MDB Oyunlarının Media mərkəzi fəaliyyətə başlayıb.
Bakı Şəhər Halqasından Publika.az-a bildirilib ki, mərkəzdə 120 media nümayəndəsinin bir vaxtda işləməsi üçün lazımi şərait yaradılıb.
Əsas Media mərkəzinin yerləşdiyi idman məkanında həmçinin, 4 idman növünü –üzgüçülük, atıcılıq, qılıncoynatma, voleybol yarışlarını canlı izləmək, qarışıq zonalarda açıqlama, müsahibələr götürmək və bunun nəticəsində operativ reportaj və məqalələr hazırlamaq imkanı yaradılıb.
Bundan başqa, yarışların keçiriləcəyi 12 idman arenasının hər birində media toplanış məntəqələri, mətbuat otaqları və qarışıq zonalar mövcuddur.
Qeyd edək ki, Oyunları işıqlandırmaq üçün 8 ölkədən 432 yerli və xarici media nümayəndələri qeydiyyatdan keçib.
Media mərkəzi hər gün 09:00-dan 21:00-dək açıq olacaq.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində - Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçirilir. Açılış və bağlanış mərasimləri Gəncə stadionunda baş tutacaq. Hər iki tədbir yerli vaxtla 19:00-da başlayacaq.



-
Digər14:30
iPhone 17-ni kölələr yığırmış: Dəhşətli faktlar üzə çıxdı
-
Digər13:11
Trampın qızı mini ətəklə fiqurasını nümayiş etdirdi - FOTO
-
Dünya11:27
“El Vitor” festivalından heyrətamiz FOTOLAR
-
MDB09:51
Əsgərlər 2 ay ac-susuz necə sağ qalıblar? - General sirri açdı
-
Dünya09:00
Dünyanın ən hündür körpüsü: zaman fərqi 2 dəqiqəyə endi - FOTO
-
MDB08:36
Oğlunun maşınına stiker yapışdıran qadın CƏRİMƏLƏNDİ
-
Magazin206:16
Brüs Uillisin 250 milyonluq mirası kimə qalacaq?
-
ABŞ03:43
Lavrovun BMT-dəki mətbuat konfransını İT QORUDU - FOTO