Sosial
NİLAY DANIŞDI: “Yaxşı babadır, gördüyümdən hündürdür” - VİDEO

Prezident İlham Əliyev sentyabrın 27-si - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.
Publika.az xəbər verir ki, açılışla bağlı yayılan görüntülərdə dövlət başçısı balaca bir qızın əlindən tutaraq fotolar da çəkdirib.
Məlum olub ki, həmin balacanın atası, anası və nənəsi ermənilər tərəfindən Gəncəyə atılan raket zərbəsi nəticəsində şəhid olublar. Balaca qızcığaz isə möcüzə nəticəsində dağıntılar altından sağ çıxarılan Nilaydır.
"Prezidenti tanıyırdım, televiziyada çox görmüşdüm. Yaxşı babadır, onu çox sevdim. Birlikdə maraqlı söhbət etdik. Prezidenti görməyi çox istəyirdim, sevinirəm ki, bu arzum yerinə yetdi. Parkın tikildiyi yerdə əvvəllər evimiz var idi. Ora bomba atdılar, evimiz dağıldı. İndi isə həmin yerdə yeni park salıblar", - Nilay Əliyeva söyləyib.
Xatırladaq ki, Nilayın valideynləri - atası Adil Əliyev, anası Günay Əliyeva və nənəsi Afaq Əliyeva 11 oktyabr 2020-ci ildə Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağıntılar altında qalaraq həlak olublar.
Daha ətraflı "Baku" TV-nin süjetində:

-
İdman20:36
Qərarını verdi: Karyerasını “Barselona”da bitirmək istəyir
-
Region20:00
Ankarada Yuri Qaqarinin abidəsi ucaldılacaq, Moskvada isə...
-
Nəqliyyat18:30
Bu şəhərdə 22 avtobus marşrutu fəaliyyətə başlayır - FOTO
-
Maraq dünyası17:05
Ginnesin Rekordlar Muzeyindən REPORTAJ: Nələr var? - FOTOLAR
-
Cinayət dünyası15:44
Bütün Gürcüstanın danışdığı toy: Məşhur “qanuni oğru”nun oğlu evləndi, özü isə... - FOTOLAR
-
Nəqliyyat13:35
Bu avtomobillərdən almaq istəyənlər, TƏLƏSİN: Xeyli bahalaşacaq
-
Sosial12:35
Bakını bürüyən “toy tüstüsü” – Cərimələr artırılacaq?
-
Nəqliyyat11:35
Bakıda “tıxac vergisi” ödəyəcəyik: Məbləğ nə qədər olacaq?